FAQ
     
Q – sual
A – cavab


Q: “Kurtlar” nədir?
A: Əgər Siz ətalət və mühafizəkarlıqdan yorulmusunuzsa, Sizi maraqsız həyat bezdiribsə, sahibkar Sizi işdən qovubsa, Siz əldən düşmüşsünzsə və yaxud da sadəcə olaraq, qəribə və çox yaxşı insanları tanıyıb ünsiyyətdə olmaq istəyirsinizsə, o zaman bu oyun məhz sizin üçündür! Siz yalnız burada qələbənin ləzzətini hiss edib məğlubiyyət acısını duya bilərsiniz, şirin bir yerin ləzzətini görə bilərsiniz. Biz Sizə Şər qüvvələrlə Xeyir qüvvələrin daim qarşı-qarşıya dayandığı bir dünyanın qəhrəmanı olmaq imkanını təklif edirik. Bu mübarizədə kimin qalib gələcəyini Siz həll edəcəksiniz. Cəsarətli olun!

Q: Oyunda mən ilk əvvəl kim oluram?
A: Siz burada öz karyeranıza Xam kimi başlayırsınız, daha sonra zaman keçdikcə ovsunlardan istifadə etmək sirrinə və silahlarla davranmaq ustalığına yiyələnə biləcəksiniz. Zirvəyə doğru olan yolda Siz çoxsaylı duellərdə və cəlbedici böyük mübarizələrdə iştirak edə biləcəksiniz. Öz məqsədinizə çatmaq üçün Sizin müxtəlif klan və gildiyalara daxil olmaq imkanınız olacaq. Bu oyunda Siz həmçinin böyük döyüşçü, qəddar muzdlu, bacarıqlı həkim, yaxud da varlı tacir ola bilərsiniz. Seçim Sizindir!

Q: Qəhrəmanı qeydiyyatdan keçirdikdən sonra nə etmək lazımdır?
A: Başlanğıc üçün diqqətlə interfeysi öyrənin. Səhifə üç hissəyə bölünür: naviqasiya zonası, çat və oyunçuların siyahısı. Naviqasiya zonası aşağıdakı düymələrlə təchiz olunub:
Döyüşlər – buradan Siz döyüşün növünü – xamlar üçün, qruplarla, yaxud da fiziki döyüş növünü seçə bilərsiniz. Forum – forumun köməyi ilə Sizin layihənin Admini və digər oyunçularla ünsiyyət qura, müzakirə üçün öz mövzularınızı daxil edə yaxud da, əvvəl yaradılmış toplara öz fikirlərinizi qeyd edə bilərsiniz.
Xüsusiyyətlər – buradan silahlarla ustalıq və xüsusiyyətləri dəyişə bilər, imkanları artıra/azalda bilərsiniz.
Anket - burada özünüz haqqında məlumatları redaktə etmək bə oyunçu üçün görünüş seçə bilərsiniz.
Təhvil/Təslim – bu düymədən istifadə edərək digər oyunçulara əşya/para köçürə/hədiyyə edə bilərsiniz. Diqqətli olun, bu funksiya ikinci mərhələyə çatdıqdan sonra mümkündür.
Torba - torbaya daxil olub əşyaları soyunub/geyinmək, ovsunları istifadə etmək, içkiləri içmək və dəsti yaddaşda saxlaya bilərsiniz.
Çatı təmizləmək - düymənin adından məlum olur ki, düymənin məqsədi çatda yazılanları silmək üçündür.
Exit – bu düymənin xüsusi şərhə ehtiyacı yoxdu.

Q: İmkanlar və ustalıqlar nə verir?
A: Beş imkan mövcuddur: qüvvət, çeviklik, duyma, dözümlük, bilik.
Qüvvət – fiziki gücə kömək edir və vurulan zərərin çoxluğuna təsir göstərir
Çeviklik – qəhrəmana edilən zərbədən çevrilmək imkanı verir.
Duyma – çox qüvvətli, kritik zərbə endirmək, qoyulan müdafiəni yarmaq imkanı verir.
Dözümlük – canın səviyyəsini artırır.
Bilik – ovsunları oxumaq imkanı verir.

Q: Zəhmət olmasa, təcrübənin artırılması prinsipini izah edin.
A: Rəqib üzərində hər bir qələbədən sonra Siz təcrübə alırsınız. Təcrübənin müəyyən olunmuş kəmiyyətini əldə etdikdə, Siz “ap” ( təkmilləşmə və para), vaxt keçdikcə isə həm də mərhələniz artır. Hər mərhələnin öz baza təcrübəsi var. Baza təcrübəsi – bu Sizin bərabər qüvvəli rəqibi öldürdüyünüzə görə verilən təcrübədir.

Q: “Ap” nədir nə onu necə əldə etmək olar?
A: Müəyyən miqdarda təcrübəyə görə səviyyələr arasında Siz “ap”-lar əldə edirsiniz, hər “ap”-a görə isə hər hansı miqdar para və təkmilləşdirmə alacaqsınız.

Q: İlk döyüşü necə keçirə bilərəm?
A: “Təkbətək” düyməsini basın. 0-cı səviyyədə Siz xamlar üçün nəzərdə tutulmuş döyüşlərdə iştirak edə bilərsiniz.
Ərizəni qəbul et – Sizi duelə çağıran döyüşçü Sizin çağırışınızı qəbul edə və ya onu rədd edə bilər.
Ərizə vermək – bunun üçün “yeni ərizə vermək” düyməsini basın. Bundan sonra istənilən döyüşçü Sizin duel təklifinizi qəbul edə və ya döyüşə etiraz edə bilər.
Qeydlər – “bitirilimiş təkbətək döyüşlər” bölməsində Siz bu gün və ya əvvəlki günlər Sizinlə təkbətək oynanılıb bitmiş bütün döyüşlərə baxa bilərsiniz.

Q: Döyüşün formatı necədir?
A: Döyüşdə Siz müdafiə və zərbə endirəcəyiniz zonaları seçirsiniz. Müdafiə zonaları: baş-sinə, sinə-qarın, qarın-ayaq, baş-ayaq. Zərbə endirmə zonaları: baş, sinə, qarın, ayaqlar.
Siz güclü, kritik zərbə endirə bilər və ya zərbədən yayına bilər, yaxud da qalxanla zərbəni saxlayıb zərbəni dəf edə bilərsiniz.
Kritik zərbə - ikiqat zərər vurur.
Çevrilmə – zərbədən yayınmaq şansı verir.
Qalxanla müdafiə - qalxanla zərbəni saxlamaq imkanı verir.
Dəf etmə - zərbəni dəf etmə şansı verir.
Konturzərbə - zərbədən çevrilib iki zərbə endirmək imkanı verir.

Q: Rəqib mənim zərbəmə cavab vermirsə, nə etməli?
A: Ola bilsin ki, Sizin rəqibinizin internetlə bağlı problemi olmuşdur. Bu zaman fasiləni gözləyin və sonunda öz qərarınıza uyğun olaraq “Mən qalib gəldim” və ya “heç- heçə” düyməsini basın.

Q: Mən ilk birinci mərhələyə çatdıqdan sonra Meydana daxil oldum. Sonra nə etməliyəm?
A: Meydanda siz aşağıdakı binalara daxil ola bilərsiniz: Dükan, Komission Mağazası, Dəmirçi, Xram, Klanların Qeydiyyatı.
Dükan – burada Siz silah/sursat, ovsun, inki, hədiyyələr və həmçinin əşyaları onların köhnəlib dağılmasını hesaba alaraq dəyərinin yarıbayarı qiymətində sata bilərsiniz.
Komission mağazası – burada Siz öz köhnə əşyalarınızın kiminsə alması ümidi ilə təhvil verə bilərsiniz.
Dəmirçi – bu binada dəmirçi Sizin əşyalarınızı təmir edir, silahlarınızı itiləyir, oymalar edir, Sizin qəhrəmanınızın mərhələsinə uyğun olaraq artefaktları cilalayır, əşyaların davamlılığını artırır. Diqqət, heç də bütün funksiyalar sizin tərəfinizdən istifadə oluna bilməz.
Klanların Qeydiyyatı - burada Siz müxtəlif hər hansı mənsubiyyətə uyğun klan qeydiyyatdan keçirə bilərsiniz. Xram – bu binada sevgililəri nikah telləri ilə bağlayır. Diqqət, binada yenidənqurma işləri gedir.
Meydana çıxaraq Siz daha üç binaya rast gələ bilərsiniz: Tərk olunmuş imarət, Liman, Bank. Tərk olunmuş imarət – hər dörd saatdan bir burada turnirlər keçirilir. Qalib buradan müxtəlif ovsunlara əldə edib və 1000 para məbləğində olan kristalı əldə edib Alximikə 1000 paraya sata bilər.
Bank – burada Siz paralarınızı hesabınıza yatızdıra, həm də “realpara” ilə “para”-nı mübadilə edə bilərsiniz.
Liman – adına görə anlamaq olar ki, bura LightCity ilə digər şəhərlər arasında əlaqə məntəqəsidir. Diqqət, binada yenidənqurma işləri gedir.

Q: Dövriyyədə hansı pullar var?
A: Dövriyyədə “ap”, səviyyə, muzdlu, həkim və s. müqabilində alınmış oyundaxili pullar – “para” və “para” ilə mübadilə oluna bilən real pulla alınan valyuta – “realpara” mövcuddur.

Q: Hazırda oyunda hansı növ əşyalar var?
A: Hazırda oyunda aşağıdakı növ əşyalar var: dəbilqələr, zirehlər, dizliklər, əlcəklər, kəmərlər, çəkmələr, üzüklər və müxtəlif ovsunlar, içkilər var. Artefaktlar istisna olmaqla, bütün bunları Siz mağazadan ala bilərsiniz.

Q: Hansı növ silahlar var?
A: Bu cür silahlar var: xəncərlər, qılınclar, baltalar, dəyənəklər.

Q: Bəzi qəhrəmanların niklərinin yanında mən tez-tez müxtəlif işarələr görürəm, bunların mənası nədir?
A: Bu işarələr mənsubiyyətlər adlanır: Xeyir, Şər, Neytral, Sürgün, Alximik.
Xeyir – Mələklər Xeyir qüvvələri təmsil edirlər, onlar “Kurtlar” qanunlarına riayət edilməsinə nəzarət edirlər və hər hansı qanun pozuntusu zamanı “Susma” ovsununu tətbiq etmək ixtiyarları vardır: “Susma” çatda qanunsuz hərəkətlər zamanı tətbiq olunur.
Şər – qara qüvvələr müxtəlif klanlarla təmsil olunur. Baxarıqları qan içmək imkanı verir (vampirlik).
Neytralllar – istənilən tərəfdə çıxış etməyi bacaran balans qoruyucu qüvvələr. Bacarıqları enerji içmək imkanı verir.
Sürgün – qəhrəmanlar müəyyən və ya qeyri - müəyyən müddətdə “Kurtlar” qanunu pozduğuna görə sürgün oluna bilərlər.
Alximik - xəzinələrə açarı olan mistik canlılar. Pullu xidmətləri təklif edirlər - artefaktlar, realpara, raritet ovsunlar, şəxsi əşyalar, VİP nişanlar, anketin redaktə edilməsi.

Q: Mənsubiyyətlər nə verir?
A: Mənsubiyyət – bu Sizin dünya görüşünüzdür. Mənsubiyyətə görə əlavə oyun yüksəkliyi əldə etməyə çalışmayın.

Q: Klan nədir?
A: Klan – həmfikirlərin birliyidir. Hər bir klanın özünün nizamnaməsi, iyererxiyası və saytı olur. Hazırda Şər və Neytral klanlar mövcuddur.

Q: Klana necə daxil olmaq olar?
A: Hər bir klanın öz daxil olma şərtləri var. Bunun üçün klanın saytından məlumatlarla tanış olub forumda klana daxil olmaq haqqında istəyiniz ifadə olunmuş top yarada bilərsiniz və yaxud da, klanın hər hansı bir üzvü ilə bu haqda danışa bilərsiniz.

Müəllif: © Аватара
Tərcüməçi: Dorita

AZ   RU