|
|
1. Müqəddimə
1.1. Kurtlar qanunlarını bilməmək məsuliyyətdən yayınmaq ehtimalı yaratmır.
1.2. Kurtlar qanunu müzakirəyə çıxarıla və ya təhrif oluna bilməz.
1.3. Kurtların qanunlarına istisnasız olaraq bütün oyunçular riayət etməlidır.
1.4. Kurtlarda “qanun nümayəndələri və keşikçiləri” Mələklər Qardaşlığıdır. Forumdakı “Şikayətlər” bölməsi istisna olmaqla Mələklərin fəaliyyəti heç bir halda müzakirə oluna bilməz.
1.5. Qanunsuzluqla mübarizə edən mələklərin fəaliyyəti Mələklər qardaşlığının qanunlarına əsaslanır.
1.6. Qanunun hər hansı bəndinin pozulmasının vaxtca köhnəliyi yoxdur.
1.7. Tətbiq olunmuş cəzaya görə şikayət oluna bilər.
1.8. Verilmiş cəza sonrakı fəaliyyətə görə dəyişdirilə (azaldıla və ya çoxaldıla) bilər.
1.9. Kurtlar qanunu Adminstrasiya tərəfindən dəyişdirilə və ya təkmilləşdirilə bilər. Qanunlar onların nəşrindən sonra qüvvəyə minir. Bütün dəyişiklik və təkmilləşdirilmələr kurtlar qanununun ümumi qanunlarına uyğun olaraq həyata keçirilir.
1.10. Adminstrasiyanın nümayəndələri (xidməti qəhrəman) qanunlarda əvvəlcədən nəzərdə tutulmamış bəndlərlə cəza tətbiq etmək hüququna malikdirlər.
1.11 Müxtəlif maliyyə əməliyyatları edən qəhrəman (alış/satış/kirayə/para/əşya ötürmə/muzdlu/müalicə/kredit vermə) məcburi surətdə forumun müvafiq bölümündə öz müqaviləsini qeydiyyatdan keçirməlidir. Qeydiyyatdan keçirilməmiş müqavilə qanunsuz hesab olunur.
2.Qeydiyyat zamanı buraxılan qanun pozuntuları 2.1 Tərkibində oyun prosesində iştirak edən şəxslərii və ya Adminstrasiyanı təhqir edən sözlər olan loginlər, nəzakətsiz, əxlaqsız leksika, təhqir, irqçilik, milliyyətçilik, narkotiklərin reklamı, dini və siyasi təbliğat olan adlarla qeydiyyatdan keçmək qadağandır.
2.2 Düzgün olmayan cins və ya doğum tarixi.
3.Anketdə qanunsuzluqlar
3.1 Təhqir, millətçilik, irqçilik, narkotiklərin reklamı, dini və siyasi təşviqat, Adminstrasiya və ya oyun prosesində iştirak edənləri təhqir edən ifadələr, digər veb səhifələr, proyektə aid olmayan reklam, realda qisasçılıq təhdidləri.
3.2 Layihənin işləməsinə xələl gətirə biləcək nüansların yaranması.
3.3 Real pullarla qəhrəmana alış/satış xidmətlərinin təklifi (Xüsusi Dilerlər və Mələklər Qardaşlığının kommersiya şöbəsinin nümayəndələri istisnadır).
3.4 Millətlərarası və dini ədavəti, həmçinin, terrorçuluq fəaliyyətini qızışdırılmasına olunan çağırışlar.
4.Forum və çatda qanunsuzluqlar.
4.1 Çat və forum oyunçular arasında münasibət üçün yaradılıb.
4.2 Otağın və ya forumun (az/ru) dilinə uyğun olmayan dildə ümumi çatda (və yaxud forum) ünsiyyət.
4.3 Təhqir, irqçilik, milliyyətçilik, narkotiklərin reklamı, dini və siyasi təşviqat, Adminstrasiya və ya oyun prosesində iştirak edən şəxsləri təhqir edən ifadələr, digər veb səhifələr, proyektə aid olmayan reklam, realda qisasçılıq təhdidləri, dövlət hakimiyyətinin mənafeyinə toxunan danışıqlar, dövlət qanunlarını pozmağa dəvət edilən çağırışlar, seksual təzyiq, porno materialların yayılması, intim əlaqə təklifi.
4.4 Flud hesab edilir: Smayl və ifadələrin "daimi" təkrarı, baş hərflərlə yazmaq, 3 dəqiqədən az olaraq baş verən döyüşün reklamı və ya sistem məlumatlarının təkrarı, məna verməyən hərflər yığımı, həmçinin normal danışığı pozan hər şey.
4.5 Xidmət və ticarət məlumatlarının reklamı (Bazar (az/ru) otağı istisnadır), xidmətlərin reklamı, xüsusi icazəsi olmayan və reklam olunan klana aid olmayan müxtəlif klanların sayt və forumlarının reklamı.
4.6 Mələklər Qardaşlığının işlək topiklərində mövzuya aid olmayan flud və ya məlumat.
4.7 Forumda, ümumi çatda və ya privatlarda hər hansı online proyektlərin müzakirəsi və ya reklamı.
4.8 Ümumi çat və ya forumda Mələklər Qardaşlığının və ya Adminstrasiyanın fəaliyyətinin müzakirəsi (Forumun "Şikayətlər” bölməsi istisnadır).
4.9 Kurtlar qanunlarını pozan təkliflər: danışılmış döyüşlər, parolun ikinci bir şəxsə ötürülməsi, bir şəxsə aid olan bir neçə qəhrəmanlar.
5.Qəhrəmanın qanunsuzluqları.
5.1 Bir şəxsin iki və daha çox sığortalanmamış qəhrəman qeydiyyatdan keçirməsi.
5.2 Eyni İP ilə qeydiyyatdan keçən zaman qəhrəman haqqında yalan məlumat.
5.3 Mələklər Qardaşlığının sorğusu üzrə informasiya ötürülməsinə etiraz.
5.4 Sövdələşmə üzrə (heç-heçə istisnadır) danışılmış döyüşlər keçirmək, eyni klanı (əsgəri (rekrut) klan) təşkil edən qəhrəmanların döyüş aparması.
5.5 Eyni İP ünvanlı qəhrəmana qəsdən olunmuş müdaxilə, kirayə, pul və ya əşya ötürülməsi, döyüşlər keçirilməsi (aşağıdakı limit istisna olmaqla).
Limit:
Mərhələ 2: 120 para
Mərhələ 3: 240 para
Mərhələ 4: 600 para
Mərhələ 5: 1200 para
Mərhərə 6: 2000 para
Mərhələ 7: 6000 para
Mərhələ 8: 10 000 para
Diqqət! Kredit alıb-verərkən müqavilənin olması vacibdir! Müqavilənin olmaması və yaxud səhv tərtib olunması zamanı qəhrəmanlar cəzalanır və çıxış kom.bölmə vasitəsi ilə həyata keçirilir!
Kredit və ya kirayə üçün limit:
Faizlə para: Ümumi məbləğin (sutkada) 1-3 %-i. Kreditin verilməsinin maksimal müddəti 30 gündür.
Faizlə para: Əşyanın dəyərinin (sutkada) 1-3 %-i. Kirayənin maksimal müddəti 30 gündür.
5.6 Saziş yalnız forumun müqavilələr bölməsində qanuna uyğun rəsmiləşdirildikdən sonra qanuni sayılır.
5.7 Qəsdən əvvəlcədən nəzərdə tutulan maddi və döyüş əməliyyatları keçirmək, həmçinin özündən kiçik mərhələyə bilərəkdən uduzma.
5.8 Qəhrəmanın şifrəsinin digər şəxsə ötürülməsi. Eyni klanda olan qəhrəmanlar arası şifrə ötürmələri istisna olunur. (Diqqət! Şifrəni klan yoldaşınıza ötürərkən təhlükəsizlik ehtimalı çoxalır və itən əşyalara, paralara görə Administrasiya məsuliyyət daşımır!)
5.9 Saziş zamanı zorakılıq və şantaj cəhdləri və ya təhdid vasitəsilə saziş bağlanılmasına göstərilən cəhd.
6.Yalan.
6.1 Adminstrasiya nümayəndələri və Mələklər Qardaşlığının nümayəndələrinə söylənilən istənilən yalan, qəsdən yalan məlumatın ötürülməsi, özünün və yaxud başqasının faydası naminə yalan ifadə vermə, informasiyanı gizlətmə.
6.2 Adminstrasiya və ya Mələklər Qardaşlığını pulla ələ alma cəhdləri, qanunları pozan fəaliyyətə məcbur etmə, xidməti informasiyanı yaymağa yönəldilən cəhdlər.
6.3 Adminstrasiya və ya personaj sahibinin icazəsi olmadan başqasının personajına daxil olma.
6.4 Böhtan, əvvəllər edilmiş hərəkət və ya şikayətə aid sübutun verilməsinə etiraz, saxta sənədlər, Mələklər Qardaşlığından əsassız, sübut edilməmiş şikayət.
6.5 Adminstrasiya adından çıxış etmə, öz mənafeyi naminə Adminstrasiya və ya Mələklər Qardaşlığı adından personaja yalan demə.
6.6 Qəhrəmana sahiblənmək məqsədi ilə istənilən oyunçudan parolu əldə etmək üçün dilə tutma.
7. Texniki qanunsuzluqlar.
7.1 Oyun səhvlərindən (BAQ) öz məqsədi üçün istifadə, saytın və ya qəhrəmanın sındırılmasına cəhd.
7.2 Botlardan öz xeyrinə istifadə etmək və ya hiylə ilə hansısa proqramdan istifadə edərək oyunçunun mərhələsini artırmaq, qanunsuz oyunlar keçirmək.
7.3 Oyunun nasazlıqlarını bilib xəbər verməmək.
8.Klanlar.
8.1 Klanın xüsusi saytı, nişanı, əfsanəsi, tərkibinin siyahısı olmalıdır. Həmçinin, Adminstrasiya klanın müntəzəm işini dəstəkləyir. Rekrut klanların saytı əsas klana mənsub olma haqqında informasiyanı özündə əks etdirməlidir. Əgər hər hansı klanın rekrut klanı varsa, onun saytında ancaq həmin klanın əsas saytına aid informasiya olmalıdır. Həmin rekrut klan qeydiyyatdan keçdikdən sonra mələklər o klana görə məsuliyyət daşımırlar və klan öz fəaliyyətinə başlayır.
8.2 Klanların saytında qadağalar: digər veb səhifələrin yer alması, zorakılıq, narkotik, irqçiliyin və s. təşviqatı, kənar layihələrin reklamı.
8.3 Əsas və rekrut (əsgər) klanların nişan və saytları bir-birinə uyğun gələ bilməz.
8.4 Klanlar arası köçürmələr üçün limit mövcudluğu olmasa da verilən-götürülən para/əşya qaytarılmaq şərti ilə olmalıdır. Qaytarılma klanı tərk edən zaman və yaxud öncə baş verməlidir.
9.Sənədlərin sorğusu.
9.1 Sənədlərin skan olunmuş sürəti aşağıdakı hallarda tələb olunur.
*Qəhrəman əxlaqsız loginlə qeydiyyatdan keçdiyi zaman.
*Mult aşkar olunub yoxlama keçirildikdə.
*Şifrənin digər şəxsə ötürülməsi zamanı.
*Qəhrəmanın sındırılması zamanı.
*Təmizlik yoxlaması keçirildikdə.
*Adminstrasiya və ya Mələklər Qardaşlığının tələbi zamanı.
9.2 Skan-kopiya şəxsiyyəti təsdiq edən istənilən sənəd (şəxsiyyət vəsiqəsi, xarici pasport, sürücülük vəsiqəsi, hərbi bilet) hesab olunur. Dokumentin skan-kopiyasını göndərmək könüllüdür. Ancaq göndərildiyi zaman personaja bəraət qazandıra bilər. Günahlandırılan şəxs skan-kopiya göndərməyə etiraz etdikdə mələk Kurtlar qanunlarına müvafiq olan cəzanı tətbiq etmək hüququ var.
9.3 Adminstrasiya qəbul etdiyi sənədlərin anonimliyinə məsuliyyət daşıyır. Yoxlamadan sonra sənədlərin sürəti silinir.
10. Təmizlik üzrə yoxlama.
10.1 II mərhələdən başlayaraq istənilən şəxs təmizlik yoxlaması keçirilməsinə ərizə verə bilər. Yoxlama aşağıdakı hallarda baş verə bilər: klana daxil olmaq istədikdə, klanı qeydiyyatdan keçirən zaman, mənsubiyyətlərin əldə edilməsi zamanı.
10.2 Yoxlamanı Mələklər Qardaşlığının yoxlama bölməsi aparır.
10.3 Yoxlama zamanı yoxlayan mələk yoxlanılan şəxsdən sənədin skan olunmuş surətini, eyni İP-li qəhrəmanlar və əşya köçürmələri haqqında ətraflı məlumatı tələb edə bilərlər.
10.4 “Təmizlik” ovsununun təsir müddəti 96 saatdır (4 gün). Bu müddət bitdikdən sonra yoxlama etibarsızsayılır.
11. Hüquq bərabərlikləri.
11.1 Qanun qarşısında hər kəsin hüququ bərabərdir.
11.2 Mələklərin, klan başçılarının, qəhrəmanların eyni hüquqları və azadlıqları vardır.
11.3 Heç kəs tutduğu mövqeni, vəzifəni istifadə edərək kiməsə zərər yetirə bilməz.
12. Şikayət azadlığı
12.1 Hər kəsin qanuni üsulla dəlil və məlumat toplamaq hüququ vardır.
12.2 Qanun icraçıları tərəfindən yetirilən zərərlərə dair şikayətlər qanuni üsulla araşdırılır və bu hər kəs üçün bərabər azadlıq hüququdur.
12.3 Şikayət formalı ərizələr yalnız forumun müvafiq bölməsində Mələklər Qardaşlığının Sərkərdəsi (və yaxud MƏE) tərəfindən qəbul olunur.
12.4 Qanunsuz və yaxud diqqətsizlik üzündən cəzalanan şəxslərin şikayət azadlığından bəhrələnmək hüququ vardır.
12.5 Şikayət azadlığından şər yönündə istifadə edib kiməsə zərər yetirmək cəhdi, həmin şikayətçinin özünün cəzalanması ilə nəticələnə bilər.
12.6 Hər bir şikayətçinin dəlili və yaxud ona zərər yetirən qanun təmsilçisinin dəlilinin olmamasının qeydi vacibdir.
13. Qəhrəmana aid hüquqlar
13.1 Hər bir qəhrəman onu idarə edən şəxsin doğum tarixinə sığortalanmalıdır
13.2 Qəhrəmanı yalnız özünə sığortalayan şəxs idarə edə bilər (şifrə ötürülməsi qadağandır)
13.3 Məsul şəxs öz qəhrəmanını istədiyi digər şəxsin adına sığortalaya bilər (sata bilər). Qəhrəmanın qanuni yiyəsinə dönmək üçün doğum tarixi və nik dəyişilməsi vacibdir.
13.4 Əvvəlcədən sığortalanmamış qəhrəmanları idarə edən şəxslərin, qəhrəmanı idarə etmək və digərinə sığortalamaq hüququ mövcud deyil.
13.5 Hər bir şəxs öz adına istənilən sayda qəhrəman sığortalamaq hüququna malikdir və belə hallarda klanlar üzrə təyin edilmiş qayda, tələb, limit hüquqlarına bərabər izinlər verilir.
13.6 İdarəçiliyində bir neçə qəhrəman olan şəxslər, qəhrəmanlarını siyasi yönlərdə istifadə etməməli və qəhrəmanların hər biri haqqında anketlərdə qeyd aparmalıdır.
13.7 Qəhrəmanı idarə edən şəxsin kimliyindən asılı olmayaraq qanun pozuntusu müşahidə edildikdə, məsuliyyətə qəhrəman özü cəlb edilir və bütün hərəkətlərinə görə qanun çərçivəsində cavab verir.
|